Hindistan və Ermənistan müdafiə sahəsində əməkdaşlığı gücləndirməyə davam edir.
"Unikal" "Indian Defence Times" qəzetinə istinadən xəbər verir ki, Hindistan hərbçiləri Ermənistan qoşunları üçün birbaşa Ermənistanda "Akash" hava hücumundan müdafiə sistemi üzrə ixtisaslaşmış təlimlər keçirirlər.
"Akash" sistemi üzrə erməni heyətinə təlim keçmək üçün hind zabitlərinin göndərilməsi iki ölkənin silahlı qüvvələri arasında əməliyyat əməkdaşlığının genişləndiyini nümayiş etdirir. Təlimə sistemin imkanlarının, əməliyyat prosedurlarının, texniki xidmətinin və taktiki tətbiqlərinin araşdırılması daxildir.
"Akash" sistemi, təyyarələr, helikopterlər, dronlar və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava təhdidlərinə qarşı müdafiə üçün hazırlanmış mobil, orta mənzilli hava hücumundan müdafiə raket sistemidir.
Hindistan və Ermənistan arasında müdafiə sahəsində əməkdaşlıq son illərdə genişlənərək hərbi texnika təchizatı, hərbi personalın təlimi, hərbi mübadilə və peşəkar təlim sahələrini əhatə edib.
Gülayə Mecid








.jpg)



.jpeg)





.webp)




































