İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani, "uzun ətəkli" və "az dəbdəbəli" geyinən qadınların daha etibarlı, sadiq və yaxşı ana ola biləcəyi barədə açıqlaması ilə ölkədə böyük bir mübahisəyə səbəb olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Tajaninin sözlərinə cavab olaraq, müxalifət siyasətçiləri özlərinin mini ətəklərdə şəkillərini paylaşıblar.
Hətta, müxalifət partiyalarından on bir qadın senator Tajaninin açıqlamalarına etiraz etmək üçün mini ətəklə Senata gəliblər.

Qadınlara zorakılığa qarşı mübarizə aparan "Telefono Rosa" dərnəyi qadınların xarici görünüşünə və geyiminə görə mühakimə olunmasına qarşı çıxıb.
Assosiasiya Tajaninin sözlərini tənqid edərək bildirib ki, "qadının görünüşünə, geyiminə və davranışına diktə edən bir anlayışın davamlılığı qəbuledilməzdir". Müxalif Yaşıl və Sol Alyansının sözçüsü Fiorella Zabatta da Tajanini sərt tənqid edənlər arasında olub. Zabatta bildirib ki, "Tajani onilliklər deyil, min illər geridə qalıb".
Zabatta hökumətə müraciət edərək bildirib ki, "Sağ qalan qadınların ətəklərinin uzunluğunu ölçməzdən əvvəl, öldürülən qadınların sayını qeyd etməlidirlər."
Florensiya Şəhər Şurasının üzvü Andrea Ciulli də qadın siyasətçilərin başlatdığı etiraz aksiyasını dəstəkləyib.
Artan reaksiyalardan sonra Antonio Tajani etdiyi şərhlərə görə üzr istəyib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası üçün Nyu-Yorka səfər edən Tajani orada verdiyi açıqlamada özünü müdafiə edərək, qadınlara zərər vermək niyyətində olmadığını iddia edib.
"Dediklərimdən kimsə inciyibsə, üzr istəyirəm; amma heç vaxt qadınları incitmək niyyətində deyildim. Nə şəxsi həyatda, nə də ictimai yerlərdə belə bir şey etməmişəm."
Tajaninin üzr istəməsinə baxmayaraq, mübahisə hələ də davam edir.
Gülayə Mecid







.jpg)



.jpg)
.jpg)

.jpg)

.jpg)






.jpg)

.jpg)
.webp)
















.jpg)

.jpeg)

.jpeg)









