İranın xarici işlər naziri Abbas Araqçi BMT Baş Assambleyası çərçivəsində ABŞ liderinin xüsusi nümayəndələri Uitkof və Kuşnerlə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə "New York Times" məlumat yayıb.
İran dövlət televiziyasının xəbərinə görə, İran tərəfi ABŞ-dən dəniz blokadasını aradan qaldırmağı və dondurulmuş aktivləri sərbəst buraxmağı, həmçinin bütün cəbhələrdə müharibəni dayandırmağı tələb edib.
Nyu-Yorkdakı bu görüş, Tehran və Vaşinqton arasında iyun ayında imzalanmış memorandumdan sonra yenidən alovlanan hərbi əməliyyatlar fonunda iki ölkə arasında baş tutan ilk yüksək səviyyəli və üzbəüz görüş idi.
İran tərəfi ilə aparılan danışıqlardan sonra Tramp prosesin çox yaxşı getdiyini bildirib.
ABŞ Prezidenti tezliklə razılıq əldə olunacağına ümidvar olduğunu ifadə edib. Tramp İranla münaqişənin noyabrda keçirilməsi nəzərdə tutulan aralıq seçkilərdən əvvəl başa çata biləcəyini irəli sürüb.
Ağarza Elçinoğlu







.jpg)



.jpg)
.jpg)

.jpg)

.jpg)






.jpg)

.jpg)
.webp)
















.jpg)

.jpeg)

.jpeg)









