“Beşiktaş”ın serbiyalı hücumçusu Dusan Vlahoviç zədələnib.

"Unikal" xəbər verir ki, 26 yaşlı futbolçunun sağ budunun arxa əzələsində gərilmə aşkarlanıb.

Serbiya millisinin heyətinə çağırılsa da, Vlahoviçin riskə atılmayacağı və UEFA Millətlər Liqasının 4 oyununda iştirak etməyəcəyi bildirilib.

Futbolçu milli komandaya qoşulmayaraq İstanbulda qalacaq və klubun tibbi heyətinin nəzarəti altında müalicə və fərdi məşqlərini davam etdirəcək.