Rusiya Ermənistan vətəndaşlarının Avropa inteqrasiyası ilə bağlı riskləri obyektiv şəkildə qiymətləndirə biləcəklərinə ümid edir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Avropa Əməkdaşlığı Departamentinin direktoru Vladislav Maslennikov "RİA Novosti"yə müsahibəsində bildirib.

"Nəhayət, ölkənin inkişaf istiqamətinin seçimi Ermənistan vətəndaşlarının öz öhdəsinə düşür. Bu baxımdan, inanmaq istərdim ki, onlar hazırda cəlb olunduqları 'Avropa inteqrasiyası' təşəbbüsünün təhlükələrini obyektiv şəkildə qiymətləndirə biləcəklər", - deyə o qeyd edib. 

Ağarza Elçinoğlu