Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorka yola düşüb.

"Unikal" xəbər verir ki, siyasətçi bu barədə sosial media hesabında video yayımlayıb. 

"BMT Baş Assambleyasının növbəti sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedirəm", - deyə Paşinyan paylaşımında qeyd edib.  

Qeyd edək ki, Ermənistanın Baş nazir Nikol Paşinyan 22-25 sentyabr tarixlərində ABŞ-da işgüzar səfərdə olacaq.

Nyu-Yorkda Respublikanın Baş naziri BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək və BMT Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək. Səfər çərçivəsində Baş nazir Paşinyan BMT-nin Baş katibi Antonio Quterreş və digər xarici tərəfdaşlarla görüşəcək.

Gülayə Mecid