2026-cı il Nobel mükafatı hər kateqoriya üzrə 12 milyon İsveç kronuna (1,2 milyon dollar) qədər artırılıb.

"Unikal" xəbər verir ki, bu barədə Nobel fondunun veb-saytında bildirilib. 

Təşkilat hər kateqoriya üzrə mükafat məbləğinin 1 milyon İsveç kronuna (100.000 dollar) artdığını qeyd edib. 

Nobel mükafatı laureatlarının adları 5-12 oktyabr tarixlərində açıqlanacaq.