Fransanın birinci xanımı Bricit Makronun cinsiyyəti ilə bağlı araşdırma başladan jurnalist Nataşa Rey Fransada vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Xavier Poussard "X2 sosial media platformasında məlumat verib.

13 sentyabrda Rey Paris Apelyasiya Məhkəməsində Fransa Prezidentinin xanımı Bricit Makrona qarşı başlatdığı iddiada qalib gəlmişdi. 

Yanvar ayında Paris məhkəməsi Fransa prezidenti Bricit Makronun həyat yoldaşı haqqında internetdə yalan məlumat dərc etdiklərinə görə 10 nəfərə şərti cəza vermişdi.

Jurnalistlər məhkəmənin qərarına əsasən, təqsirləndirilən şəxslərin səkkiz kişi və iki qadın olduğunu aşkar ediblər. Məhkəmə onların Bricit Makronun kişi doğulduğunu iddia edən məlumatları internetdə yaydıqlarını müəyyən edib. Bu iş üzrə maksimum cəza səkkiz aylıq şərti həbs cəzası olub. Medianın məlumatına görə, prokurorluq bir ilə qədər şərti cəza tələb edib.

Nuranə Abbasova