Böyük Britaniya hökumətinin ingilis tək malt viskisinə (Single malt whisky - yalnız bir içki zavodunda, 100% maltlaşmış arpadan və suən təbii xammaldan hazırlanan viski növüdür, - red.)  qorunan təyinat statusu vermək qərarı Şotlandiyanın qəzəbinə səbəb olub. 

"Unikal" "The Daily Telegraph" qəzetinə istinadən xəbər verir ki, yerli şotland viski istehsalçıları cavab tədbirləri görmək niyyətindədirlər.

Şotlandiya Viski Assosiasiyasının icraçı direktoru Mark Kent bildirib ki, "Şotlandiya sənayesi bu qərardan dərin narahatlıq keçirir. Bu qaydalar mövcud təcrübələri və uzunmüddətli sənaye ənənələrini təhdid edir".

Cotswolds Signature Single Malt Whisky | Cotswolds Distillery

Təxminən 90 şirkəti təmsil edən Şotlandiya Viski Assosiasiyası qərarla bağlı narahatlıqlarını ifadə etmək üçün Britaniya hökumətinin üzvləri ilə görüşməyi planlaşdırır. Təşkilat hesab edir ki, ingilis viskisinə Şotlandiya viskisi üçün müəyyən edilmiş qaydalardan fərqli qaydalar çərçivəsində qorunan status verilib.

Şotland tək malt viskisinin istehsal standartlarına görə, əzmə, fermentasiya və distillə Şotlandiyadakı tək bir spirt zavodunda aparılmalıdır. İngilis tək malt viskisi istehsal edilərkən müəyyən mərhələlər əsas istehsal müəssisəsindən kənarda həyata keçirilə bilər.

"The Daily Telegraph" qəzeti qeyd edib ki, tələblərdəki fikir ayrılıqları London və Edinburq arasında münaqişəyə səbəb olub və nəşr bunu "viski müharibəsi" adlandırıb.

Gülayə Mecid