İranın Ali Lideri Müctəba Xamenei sağdır və vəzifələrini yerinə yetirməyə davam edir.

"Unikal" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pazeşkian "India Today" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrail İran rəsmilərini, komandirlərini və elm adamlarını, o cümlədən ailələrinin olduğu evləri hədəf aldığı üçün Ali Liderin yeri təhlükəsizlik səbəbləri ilə gizli saxlanılır.

Pezeşkian həmçinin ABŞ və İsraili şayiələr yaymaqda günahlandırıb və qeyd edib ki, onlar Müctəba Xameneinin harada olduğunu öyrənə bilməyiblər.

Ağarza Elçinoğlu