Dövlətə xəyanətdə təqsirli bilinən keçmiş FTX mayoru Dmitri Dokuçayev yüz milyonlarla rubl dəyərində aktivlərinin müsadirə edilməsindən apelyasiya şikayəti verib.
"UnikaI" xəbər verir ki, bu barədə Moskva ümumi yurisdiksiya məhkəmələrinin saytında məlumat verilib.
Dokuçayev Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə iddiasını təmin edən Moskvanın Nikulinski Rayon Məhkəməsinin 30 aprel tarixli qərarından apellyasiya şikayəti verib. Məlumata görə,keçmiş təhlükəsizlik rəsmisinin həyat yoldaşı və qohumları da müraciət edənlər arasındadır.
Dokuçayev və həyat yoldaşı da daxil olmaqla üç qohumu tərəfindən verilən apellyasiya şikayəti avqustun 28-də Moskva Şəhər Məhkəməsinə təqdim edilib. Ailə Nikulinski Rayon Məhkəməsinin 30 aprel tarixli qərarı ilə müsadirə edilmiş aktivlərin geri qaytarılmasında israr edib və qərar Baş Prokurorluğun korrupsiyaya qarşı mübarizə iddiasını qüvvədə saxlayıb. Lakin Moskva Şəhər Məhkəməsi apellyasiya şikayətinin rədd edilməsi barədə qərar verib.
"Kommersant" qəzetinin məlumatına görə, azadlığa buraxıldıqdan sonra Dokuçayev yenidən hüquq-mühafizə orqanlarının nəzarəti altına düşüb. Ondan və ailəsindən park yeri olan beş mənzil, beş xarici avtomobil, beş kiloqram qızıl külçə, brilyant və milyonlarla nağd pul müsadirə edilib, həmçinin onlara artıq satılmış əmlak və avtomobillərin pulunu geri qaytarmaq tapşırılıb.
2019-cu ildə Dokuçayev dövlətə xəyanətdə təqsirli bilinərək altı il müddətinə azadlıqdan məhrum edilib. İş materialları "tam məxfi" kateqoriyasına aid edilib. O, iki il sonra şərti azadlığa buraxılıb.
Ağarza Elçinoğlu









































.jpg)













