Dağıstan Əmlak Nazirliyi Xəzər dənizi sahilindəki əmlakların inventarizasiyasını aparacaq. 

"UnikaI" xəbər verir ki, bu barədə vilayət qubernatoru Fyodor Şukin xahiş edib. 

İşlər Maqaramkentdən Kizlyar rayonlarına qədər bütün sahil xəttini əhatə edir.

Agentliyin mətbuat xidmətindən verilən məlumata görə, arxiv sənədləri artıq toplanıb. Mütəxəssislər hazırda birbaşa yerində işləyir, sənədləri faktiki tikinti ilə müqayisə edir və hər bir əmlakın hüquqi statusunu müəyyən edirlər. Onlar qeydiyyatdan keçmiş mülkiyyət hüququnu, kadastr qeydiyyatını və icazə sənədlərini, eləcə də əmlakların ərazi planlaşdırma sənədlərinə uyğunluğunu yoxlayırlar.

İnventarlaşdırma nəticələrinə əsasən, hər bir əmlak təhlil edilərək Xəzər sahili boyunca inkişafın "hüquqi xəritəsi" yaradılacaq. Əsas məqsəd bu əmlakların qanuni iqtisadi fəaliyyətdə iştirakını maksimum dərəcədə artırmaq, onların regional iqtisadiyyata töhfə verməsini və respublika büdcəsinə əlavə vergi gəlirləri yaratmasını təmin etməkdir.

Ağarza Elçinoğlu