“Sabah”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Slaviya” futbolçusu Denis Halinskini icarəyə göndərib.
"Unikal" xəbər verir ki, bu haqda Praqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
23 yaşlı mərkəz müdafiəçisi “Pardubitse”yə keçib. Onunla 6 aylıq müqavilə imzalanıb. Müqavilədə futbolçunun sonradan transfer edilməsi ilə bağlı satınalma bəndi yer almayıb.
Qeyd edək ki, “Sabah”- “Slaviya” oyunu oktyabrın 13-də Bakıda keçiriləcək.
























.webp)






.jpg)








.jpg)








