ABŞ prezidenti Donald Tramp İranın İordaniyadakı Amerika bazalarına endirdiyi zərbələrə görə qisas alacağını deyib.

"Unikal" xəbər verir ki, Tramp "Biz onlara sərt zərbə endirəcəyik. Cavab ağır olacaq" söyləyib.

Tramp əlavə edib ki, ABŞ qüvvələri gecə vaxtı bir raketin hava hücumundan müdafiə sistemindən keçməsinə icazə verib, çünki o, heç nəyə dəyməzdi. ABŞ prezidentinin sözlərinə görə, qalan raketlər ələ keçirilib.

Buna baxmayaraq, potensial danışıqlar üçün ümid azdır.

"Onlar görüşməyə çox can atırlar. Sadəcə, onlarla razılığa gələ biləcəyimizi düşünmürəm", - deyə Tramp bildirib.