Qırğızıstanın Oş vilayətində yerləşən Kara-Suu şəhərindəki folqa fabrikində yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Oş regional departamenti məlumat yayıb. 

Yanğını söndürmək üçün Kara-Suu Rayon 25 saylı Yanğından Mühafizə Hissəsindən iki yanğınsöndürmə və xilasetmə bölməsi cəlb olunub.

Hadisənin səbəbi və dəyən maddi itkilər müəyyənləşdirilir.

Ağarza Elçinoğlu