UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə "Ferentsvaroş"a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Trabzonspor"un baş məşqçisi Fatih Tekkenin istefası qəbul edilməyib.
"Unikal" xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Baş məşqçimiz Fatih Tekke "Ferensvaroş"a məğlubiyyətin güclü emosional təsiri səbəbindən istefa vermək qərarına gəldi. Lakin "Trabzonspor" İdarə Heyəti Fatih Tekkenin istefasını qəbul etməyib.
Fatih Tekke baş məşqçi vəzifəsində davam edəcək və "Amedspor" ilə qarşıdakı liqa matçında komandamıza rəhbərlik edəcək", - deyə məlumatda qeyd olunub.
***01:47
UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə "Ferentsvaroş"a 0:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandıran "Trabzonspor"un baş məşqçisi Fatih Tekke istefa verib.
"Unikal" xəbər verir ki, 49 yaşlı mütəxəssis matçdan dərhal sonra 18 aydır tutduğu vəzifədən ayrılıb.
"Bu cəzanı özümə verirəm. Elə oyunlar var ki, insanı çox yaralayır. Biz də həmin oyunlardan birini yaşadıq", - deyə gənc mütəxəssis vurğulayıb.
Ağarza Elçinoğlu





























.jpg)


























