Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa təmsilçisi “Rakuv”un heyətində növbəti qolunu vurub.
"Unikal" xəbər verir ki, 29 yaşlı hücumçu bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsinin “Hayduk”la (Xorvatiya) səfər matçında fərqlənib.
Start heyətdə meydana çıxan Emreli 27-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Bu, Emrelinin "Rakuv"un heyətində Konfrans Liqasında 2-ci, ümumən isə 3-cü qoludur.





























.jpg)


























