Keçmiş peşəkar boksçu Priçard Kolon 33 yaşında vəfat edib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Puerto-Rikolu idmançı 2015-ci ildə rinqdə aldığı ağır beyin xəsarətindən 11 il sonra dünyasını dəyişib.
Kolon həmin vaxt boksun ən perspektivli idmançılarından biri hesab olunurdu. Lakin 2015-ci ilin oktyabrında ABŞ təmsilçisi Terence Williams ilə keçirdiyi döyüş onun həyatını dəyişib.
Super yarımorta çəki dərəcəsində keçirilən qarşılaşmanın doqquzuncu raundunda Kolonun komandası onun əlcəklərini çıxarıb. Boksçu daha əvvəl başgicəllənməsindən şikayət etmişdi. Nəticədə döyüş Williamsın xeyrinə diskvalifikasiya ilə başa çatıb.
Kolon döyüş zamanı Williamsın onun başının arxa nahiyəsinə dəfələrlə zərbə endirdiyini bildirmişdi. Boks qaydalarına zidd olan bu zərbələr “rabbit punch” adlanır. Hakim də şikayətdən sonra Williamsı belə zərbələrdən birinə görə bir xal cərimələyib.
Döyüşdən sonra paltardəyişmə otağına gedən Colon qəfil huşunu itirib. Ona beynin sərt qişası altında qanaxma - subdural hematoma diaqnozu qoyulub. Boksçu təcili beyin əməliyyatına alınıb və daha sonra 221 gün komada qalıb.
Komadan ayıldıqdan sonra onun ağır nevroloji zədələr aldığı məlum olub. Kolon həyatının sonuna qədər daimi qulluğa ehtiyac duyub.
Kolon Williamsla döyüşə qədər 16 qarşılaşmada məğlubiyyət yaşamamışdı. O, keçirdiyi döyüşlərin 13-də nokautla qalib gəlmişdi.
Fairfax şəhərində keçirilən həmin qarşılaşma boks dünyasında idmançıların təhlükəsizliyi ilə bağlı uzunmüddətli müzakirələrə səbəb olub.









































.jpg)













