Tanınmış ispan model və  bloqer İnes Qarsiya “Barselona” və İspaniya yığmasının forvardı Lamin Yamaldan ayrılıb. 

"Unikal" xəbər verir ki, Qarsiya bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb. 

O, Yamalın yaxtada xanımla vaxt keçirdiyi şəklin ortaya çıxmasından sonra reaksiya verib. Videoda o, münasibətlərinin rəsmi olaraq bitdiyini və onunla artıq heç bir əlaqəsi olmadığını açıqlayıb.

İnes bildirib ki, Yamal digər gənc qadınlarla görüşməyə etməyə davam edir və ona birdən çox xəyanət edib. Hər dəfə bu baş verdikdə üzr istəyir, amma vəziyyət heç vaxt dəyişmir.