"İnter Mayami"nin hücumçusu Lionel Messi atası Xorxenin dəfn mərasiminə müdaxilə edən media nümayəndələrini məhkəməyə verməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə jurnalist Fran Kasaretto sosial media platforması "X"də məlumat verib.

Onun sözlərinə görə, 39 yaşlı futbolçu şəxsi həyatın toxunulmazlığının pozulması iddiası ilə məhkəməyə müraciət etməyi düşünür.

Qeyd edək ki, Xorxe ömrünün son aylarında sağalmaz bir xəstəliklə mübarizə aparıb və 8 avqust şənbə günü vəfat edib. Dəfn mərasimi 9 avqustda gücləndirilmiş təhlükəsizlik tədbirləri ilə qapalı şəkildə keçirilib.