Xorvatiya Avropa Çempionatı üçün Rusiyanın aparıcı gimnastlarına viza verməkdən rəsmən imtina edib.

"Unikal" xəbər verir ki, Avropa Çempionatında iştirak etmək üçün Zaqrebə getməli olan Rusiya nümayəndə heyətinin 65 üzvündən 9-una viza verməkdən imtina edilib.

Viza verməkdən imtina edilənlər arasında qadın komandasının liderləri Angelina Melnikova, Viktoriya Listunova və Anna Kalmıkova, eləcə də kişilər komandasının idmançıları və mütəxəssisləri var.