Braziliyalı hücumçu Vinisius Cunior "Real Madrid"lə çoxillik müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, klubun mətbuat xidməti bu barədə sosial mediada məlumat yayıb.

"Santyaqo Bernabeuda səkkiz il çox azdır... Altı il daha və əbədi olaraq "Real Madrid", - Vinisius müqavilənin uzadılmasının rəsmi elanından sonra sosial mediada yazıb.

Yeni müqavilə altı mövsüm və ya 2032-ci ilə qədər qüvvədədir.