Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

AFFA-dan "Unikal"a verilən məlumata görə, o, Avropa Liqasının III təsnifat mərhələsində Albaniyada “Eqnatiya” və İrlandiyanın “Şemrok Rovers” komandaları arasında keçiriləcək cavab oyununun hakim-inspektoru olacaq.

Qarşılaşma avqustun 13-də Rroqojine şəhərində yerləşən “Eqnatiya” stadionunda baş tutacaq.