Braziliya "Ultimate Fighting Championship" (UFC) döyüşçüsü Allan Nascimento 34 yaşında vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə UFC-nin mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, ölüm yuxu zamanı ürək tutması nəticəsində baş verib.

Nascimento peşəkar karyerasında ümumilikdə 29 döyüş keçirib və bunlardan 22-sində qalib gəlib. O, UFC-də altı döyüş keçirib və 4-2 hesabı ilə rekord qırıb.  

Gülayə Mecid