2026/27 mövsümü üçün heyət çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Klubdan "Unikal"a verilən məlumata görə, “gənclik şəhəri” təmsilçisi son komandası Braziliya “Kaşias”ı olan hücumçu Jam Oliveyra ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 31 yaşlı forvard Braziliyanın “Fortaleza” klubunun yetirməsidir