UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
"Unikal" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.
Bakı klubu III raundda Danimarkanın "Orxus" komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.
Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.








.jpg)

.jpg)




















.jpg)


.jpg)




.jpg)







.jpg)





.jpg)


