Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət milli komandası Türkiyədə keçiriləcək “Tour of Kahramanmaraş” yarışında mübarizə aparacaq.

"Unikal" xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı yarışına 4 avqustda start veriləcək. Dörd mərhələdən ibarət turnir 7 avqustda başa çatacaq. (Instagram)

Azərbaycan millisinin heyətində Şahin Eyvazov, Musa Mikayılzadə, Maksim Trendelyov, Nofəl Nuriyev, Süleyman Ələkbərov və Əli Qurbanov yer alıblar.

Komandaya məşqçi Elçin Əsədov rəhbərlik edəcək.