Əfsanəvi keçmiş AC Milan və İtaliya millisinin müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib. 

"Unikal" xəbər verir ki, bu barədə Milan klubunun mətbuat xidməti məlumat yayıb. 

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Barezi bütün karyerasını (1978-ci ildən 1997-ci ilə qədər) AC Milanda keçirib. O, altı İtaliya çempionluğu, dörd İtaliya Super Kuboku, üç Çempionlar Liqası titulunu və üç UEFA Super Kubokunu qazanıb. İtaliya milli komandası ilə Franko Baresi 1982-ci il Dünya Kubokunu, 1994-cü il Dünya Kubokunun gümüş medallarını və 1990-cı il Dünya Kubokunun bürünc medallarını qazanıb.

Gülayə Mecid