İsveçin Göteborq şəhərində Efiopiya futbol komandasının 20 üzvü "Gothia Cup" beynəlxalq gənclər futbol turniri zamanı yoxa çıxıb. 

"Unikal" xəbər verir ki, bu barədə "The Local" qəzeti İsveç hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb. 

Hadisə turnirin final günü baş verib. Futbolçuların və onları müşayiət edən böyüklərin qaldığı ərazinin işçiləri bütün qrupun yaşayış yerlərini tərk etdiyini aşkar ediblər.

Təşkilatçılar hadisəni dərhal polisə bildiriblər. Lakin yarışın bitməsindən on gün sonra itkin düşənlərin yeri hələ də məlum olmayıb. 

Polis onların qanunsuz miqrasiya məqsədilə yaşayış yerlərini qəsdən tərk etmə ehtimalını istisna etmir.

Ağarza Elçinoğlu