Fransız futbolçu Kilian Mbappe və sevgilisi Ester Exposito İtaliyanın Sardiniya adasında görüntüləniblər.
"Unikal" xəbər verir ki, məşhur cütlüyün dəniz və günəşdən zövq aldığı əyləncəli anları sosial mediada gündəm olub.
Diqqət çəkən məqamlardan biri də Mbappenin sevgilisinin şəkillərini çəkmək üçün göstərdiyi səylər olub. Lakin Ester Exposito şəkillərdən məmnun olmadığını bildirdikdə, ulduz futbolçu dəfələrlə foto çəkib.
Futbolçunun pərəstişkarları bu anlara laqeyd qala bilməyiblər. Sosial mediada böyük səs-küyə səbəb olan görüntülər, "Milyonlarla dollar qazansanız belə, həmin şəkli çəkməlisiniz, əks halda dedi-qodulardan qaça bilməyəcəksiniz" kimi yumoristik şərhlərə səbəb olub.
Seymur Əli










































.jpg)












