Ötən ay 35 yaşında vəfat edən aktrisa Deyvi Çeyzin təxminən 400 000 dollar dəyərində sərvəti ortaya çıxıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, lakin qəfil vəfat edən aktrisanın vəsiyyətnamə hazırlamadığı məlum olub.
Deyvi Çeyzin atası bildirib ki, qızı 13 yaşından bəri narkotik asılılığı ilə mübarizə aparıb və ölümündən əvvəl Los-Ancelesdə küçədə yaşayıbmış.
Los-Anceles Ali Məhkəməsinə təqdim edilmiş vəsiyyətnamə sənədlərinə görə, Çeyzin anası Keti Çeyz mirasın icraçısı təyin edilməsi üçün məhkəməyə müraciət edib.
Məhkəmə qeydləri göstərir ki, Çeyzin təxminən 400.000 dollar dəyərində şəxsi aktivləri var. Ərizədə həmçinin ananın Kaliforniya Müstəqil Vərəsəlik İdarəetmə Qanununa əsasən əmlakı idarə etmək səlahiyyətinin ona verilməsi və 400.000 dollar girovun təsdiqlənməsi tələb olunur. Dinləmə 12 avqustda Los-Anceles Ali Məhkəməsində keçiriləcək. Məhkəmə sənədlərinə görə, Çeyz 16 iyunda Los-Ancelesdə vəfat edib. Onun şəhərdə evsiz kimi qeydiyyata düşdüyü iddia olunur.
Həmçinin, Çeyz heç vaxt evlənməyib, övladı olmayıb.
Gənc yaşlarında ulduzluğa yüksələn Deyvi Çeyz, Disneyin "Lilo & Stitch" filmində Lilo obrazını səsləndirməsi və "The Ring" filmində Samara Morqan rolu ilə tanınırdı.
Məhkəmə-tibbi ekspertizasının rəyində oyunçunun ölüm səbəbinin QİÇS olduğu, xroniki maddə asılılığının da əhəmiyyətli bir amil olduğu bildirilirib.























































