Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün test imtahanı keçirib.
"Unikal" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Vurğulanıb ki, imtahan bu gün kompüterlər vasitəsilə elektron formada təşkil edilib.
Namizədlər imtahanı başa vurduqdan və ya ayrılmış vaxt tamamlandıqdan sonra nəticələri ilə tanış olmaq imkanı əldə ediblər. İmtahanın nəticələri, həmçinin DİM-in rəsmi internet səhifəsində yerləşdiriləcək.
Nəticələrlə bağlı apellyasiya müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası iyulun 13-dən 15-dək, saat 14:00-dan 17:00-dək DİM-in əsas inzibati binasında fəaliyyət göstərəcək.
Komissiyanın ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.









































.webp)

.webp)







.webp)




