Fransa Prezidenti Emmanuel Makronun Suriyanın paytaxtı Dəməşqə səfəri zamanı onun qalacağı hotelin yaxınlığında baş vermiş partlayışlara görə məsul olan şəxslər saxlanılıb.

"Unikal" xəbər verir ki, bunu Suriyanın daxili işlər naziri Ənəs Xəttab deyib. "İki gün əvvəl Dəməşqdə törədilmiş terror partlayışlarına görə məsul olan qrup artıq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır".

Nazir qeyd edib ki, istintaq tamamlandıqdan sonra qrup üzvlərinin şəxsiyyəti, onların hadisədəki rolları və bütün əlaqələri ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, iyulun 7-də Dəməşqdə Fransa Prezidenti Emmanuel Makronun qaldığı hotelin yaxınlığında iki partlayış baş verib. Hadisə nəticəsində 18 nəfər yaralanıb.