İranın xarici işlər naziri Abbas Əraqçi və Pakistan Silahlı Qüvvələrinin komandanı Asim Munir söhbət zamanı bölgədəki son hadisələri müzakirə ediblər.

"Unikal" xəbər verir ki, Munir  ABŞ-nin İran ərazisinə endirdiyi zərbələri pisləyib.

Əraqçi isə öz növbəsində İran xalqının ölkənin suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini qorumaq əzmini və iradəsini vurğulayıb.