Bakı Dairəvi avtomobil yolunun 5-ci kilometrində (Lökbatan qəsəbəsi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə "Unikal"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat verilib.
Qeyd edilib ki, 10 iyul 2026-cı il saat 22:00-dan 11 iyul 2026-cı il saat 07:00-dək; 11 iyul 2026-cı il saat 22:00-dan 12 iyul 2026-cı il saat 07:00-dək nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Aparılan işlərlə əlaqədar yaranacaq müvəqqəti narahatlığa görə sürücülərdən anlayış göstərmələri və alternativ yollardan istifadə etmələri xahiş olunub.












.jpg)


































.jpeg)


.jpg)

.jpeg)

