"Sosial şəbəkələrdə yayılan, azyaşlı autizmli uşağın yaşayış binasında naməlum şəxs tərəfindən itələnməsini əks etdirən görüntülər ciddi narahatlıq doğurur".
"Unikal" xəbər verir ki, bu barədə Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlu məlumat yayıb.
"Uşaqlara, xüsusilə də autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqlara qarşı hər hansı kobud rəftar və ya zorakılıq yolverilməzdir. Belə hallara qarşı laqeyd qalmamaq, uşaqların təhlükəsizliyinin təmin olunmasına töhfə vermək cəmiyyətin hər bir üzvünün mənəvi və sosial məsuliyyətidir.
Yayılan görüntülərdə əks olunan hadisənin bütün halları aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırılacaq və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcək!", - deyə qurum rəsmisi bildirib.



















.jpg)

















.jpeg)



.jpg)














