Düşünürəm ki, neftin bir barelinin qiyməti hətta əvvəlkindən də aşağıdır. Biz güzəştlər əldə etmişik, indi əsas məsələ İranın bu güzəştlərə əməl etməsidir. Amma nüvə silahı olmayacaq. Biz zənginləşdirilmiş materialı, yəni nüvə tozunu əldə edəcəyik.

"Unikal" xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“İranın nüvə silahı ola bilməz. Bildiyiniz kimi, onların imkanlarını tamamilə məhv etdik. Gəmiləri, təyyarələri, radar sistemləri qalmadı. Hörmüz boğazından çıxan gəmilərlə bağlı vəziyyətə nəzarət etdik. Donanmamız çox güclü blokada həyata keçirdi və iki ay ərzində heç bir gəmi keçmədi. Sonra blokadanı yumşaltdıq, çünki bəlkə də razılaşmaya yaxınlaşırıq. Bilmirəm, görəcəyik. Biz ya razılaşma əldə edəcəyik, ya da işi başa çatdıracağıq. Mən razılaşmaya üstünlük verirəm, çünki 91 milyon insana təsir etmək istəmirəm. Biz onların körpülərini, enerji və elektrik istehsalı obyektlərini çox qısa zamanda sıradan çıxara bilərik. Onlar da bunu bilirlər”, - deyə Tramp əlavə edib.