Ukrayna Silahlı Qüvvələrinin dronları Omsk vilayətindəki neft emalı zavoduna zərbə endirib.
"Unikal" xəbər verir ki, bu barədə vilayət qubernatoru Vitali Xotsenko özünün "Telegram" kanalında məlumat verib.
"Düşmən PUA-ları Omsk neft emalı zavoduna hücum edib. Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri dronların əksəriyyətini məhv edib", - deyə o yazıb.
İlkin məlumatlara görə, itki yoxdur. Hadisə yerində təcili yardım xidmətləri işləyir. Qubernator sakinlərdən dağıntılara yaxınlaşmamağı, video və ya şəkil çəkməməyi xahiş edib.















.jpeg)



.jpg)






























