Ermənistan Avrasiya İqtisadi Birliyində daha da iştirak etməkdə və AİB mexanizmlərinin işləməsini təmin etməkdə maraqlıdır.
"Unikal" xəbər verir ki, bunu respublikanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda Rusiyanın Baş naziri Mixail Mişustin ilə görüşündə bildirib.
"Biz AİB-də iştirakımızda və AİB Müqaviləsində nəzərdə tutulan mexanizmlərin planlaşdırıldığı kimi işləməsində maraqlıyıq. Hesab edirəm ki, bu, AİB-in gələcək inkişafının maraqlarına uyğundur", - deyə o qeyd edib.
Ağarza Elçinoğlu






.jpg)






































