Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyul ayı üçün reytinq cədvəlini yeniləyib.

"Unikal"  FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov (2723) 23-cü pillədə qərarlaşıb.

Teymur Rəcəbov (2689) 38-ci, Aydın Süleymanlı (2657) 57-ci, Məhəmməd Muradlı (2642) 78-ci, Rauf Məmmədov (2639) 84-cüdür.

Kişi şahmatçıların sıralamasına norveçli Maqnus Karlsen (2823) başçılıq edir.

Qadınlardan Ülviyyə Fətəliyyeva (2440) 24-cü mövqedə yer alıb. Gövhər Beydullayeva (2375) 64-cü, Xanım Balacayeva (2356) 82-ci, Günay Məmmədzadə (2350) 86-cıdır.

Birinci pillədə Çinli Yifan Hou (2596) yer alıb.