DÇ-2026 qrup mərhələsinin oyunlarından sonra bombardirlik yarışında Argentina millisinin hücumçusu Lionel Messi liderliyini qoruyur.
"Unikal" xəbər verir ki, təcrübəli futbolçu 6 qolla siyahıya başçılıq edir.
Messidən sonra 4 qolla Fransa millisindən Kilian Mbappe və Usman Dembele, Braziliyadan Vinisius Junior, Norveçdən Erlinq Haaland qərarlaşıb.
İlk “15-lik” isə belədir:
1. Lionel Messi (Argentina) – 6 qol
2. Kilian Mbappe (Fransa) – 4 qol, 2 assist
3. Usman Dembele (Fransa) – 4 qol, 1 assist
4. Vinisius Junior (Braziliya) – 4 qol, 1 assist
5. Erlinq Haaland (Norveç) – 4 qol
6. Deniz Undav (Almaniya) – 3 qol, 2 assist
7. Yohan Manzambi (İsveçrə) – 3 qol, 1 assist
8. İsmaila Sarr (Seneqal) – 3 qol, 1 assist
9. Brayan Brobbi (Niderland) – 3 qol
10. Mateus Kunya (Braziliya) – 3 qol
11. İsmail Saibari (Mərakeş) – 3 qol
12. Conatan Devid (Kanada) – 3 qol
13. Harri Keyn (İngiltərə) – 3 qol
14. İlayca Cast (Yeni Zelandiya) – 3 qol
15. Yoan Vissa (Konqo Demokratik Respublikası) – 3 qol






.webp)


















































