"Qarabağ" Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində bu gün ilk yoxlama oyununa çıxıb.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi "VSG Tirol"la qarşılaşıb. Matç "Qarabağ"ın 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ"ın heyətində Kamilo Duran və Zakaria Savo fərqləniblər. Klubun yeni transferi olan Savo matçda het-trik edib.