Rusiya Müdafiə Nazirliyi Nikolayev vilayətində yerləşən aerodroma endirilən zərbə nəticəsində Ukraynaya məxsus iki MiQ-29 qırıcı təyyarəsinin məhv edildiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Nazirliyin iddiasına görə, zərbə nəticəsində Nikolayev vilayətindəki hərbi aerodromda yerləşən Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki MiQ-29 qırıcı təyyarəsi sıradan çıxarılıb.
Rusiya MN həmçinin bildirib ki, son sutka ərzində Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi aerodrom infrastrukturu, silah-sursat anbarları və pilotsuz uçuş aparatlarının istehsal və saxlanma məntəqələrinə də zərbələr endirib.
















































.jpg)








