Venesuelada baş vermiş zəlzələlər nəticəsində azı 920 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Assambleyanın prezidenti Xorxe Rodriges bildirib.

Onun sözlərinə görə, ən azı 3360 nəfər yaralanıb və 172 nəfər uçmuş binaların dağıntıları altında qalıb.

O qeyd edib ki, yeraltı təkanlar 383 binaya, 13 xəstəxanaya, 25 ticarət mərkəzinə və 1002 digər tikiliyə təsir edib.