8 il əvvəl tikilib istifadəyə verilmiş 15 mərtəbəli yaşayış kompleksinin mansartında yeni mənzil tikib, “Tik-Tok”da elan verdilər. 3 otaqdan ibarət yeni tikilinin qiyməti 125 min manata təklif edilb. Mənzilin 56 kvadrar metr olduğu da elan lövhəsinə yazılıb.
"Unikal" Xəzər Tv-yə istinadən xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu Şamil Əzizbəyov küçəsi 133, Qış Parkının yaxınlığında yerləşən premium yaşayış kompleksində qeydə alınıb.
Sakinlərdən bildirildi ki, “Seven Points” MTK tərəfindən inşa olunan yaşayış kompleksi pilot layihədir.
Kompleksdə tikinti şirkəti tərəfindən ilkin satışların bitdiyini isə komendant söyləyib.
Maraqlıdır, 8 il bundan əvvəl tikilib istifadəyə verilən müasir yaşayış kompleksininin sonuncu mərtəbəsindəki yeni mərtəbə necə artırılıb?


















.jpg)

.jpg)
























.jpg)











