Türkiyəli aktyor Burak Çelik “Yeraltı” serialından ayrılıb. 

"Unikal" xəbər verir ki, serialda canlandırdığı “Volkan” obrazı ilə diqqət çəkən aktyor yeni mövsümdə "Kanal D"də yayımlanacaq “Haysiyet” serialının heyətinə qatılıb.

Burak Çelik yeni layihədə “Tarık” obrazına həyat verəcək.

Qeyd edək ki, “Yeraltı”nda baş rolları Devrim Özkan, Uraz Kayqılaroğlu və Deniz Can Aktaş paylaşır.