Mahaçqalanın "Dinamo" klubu hazırda azad agent olan hücumçu Ramil Şeydayevlə maraqlanır.
"Unikal" bu barədə "Sport Express" nəşrinə istinadən xəbər verir.
30 yaşlı azərbaycanlının son klubu "Qarabağ" olub. Ötən mövsüm futbolçu 11 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı oyunçunun dəyərini 600 min avro qiymətləndirir. Şeydayev "Zenit"in yetirməsidir. Hücumçu daha əvvəl Türkiyənin "Trabzonspor", Slovakiyanın "Jilina", Rusiyanın "Rubin", "Krılya Sovetov", "Dinamo Moskva", Azərbaycanın "Sabah" və "Neftçi", Tailandı təmsil edən "Buriram Yunayted" və Türkiyənin "Kocaelispor" klublarında da çıxış edib.
Şeydayev Azərbaycan millisinin heyətində keçirdiyi 69 oyunda 10 qol var.



























.jpg)

























