Qazaxda 36 yaşlı kişi yanıq xəsarətləri alıb.

"Unikal" xəbər verir ki, rayon sakini 1990-cı il təvəllüdlü M.Məmmədov hər iki əlin yanığı diaqnozu ilə xəstəxanaya yeləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

M.Məmmədovun yaşadığı evin hamamında su qızdırıcısını yandıran zaman partlayış olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.