"BMT Azərbaycanla sıx əməkdaşlıq edir və ölkədə rəqəmsal xidmətlərin inkişafını vacib hesab edir". 

“Unikal” xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident koordinatoru Dmitri Şlapaçenko VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən panel sessiyasında deyib.

O bildirib ki, rəqəmsal transformasiya zamanı vətəndaşlar üçün əlçatan xidmətlərin yaradılması və dövlət qurumları arasında əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.

Həmçinin, D.Şlapaçenko Azərbaycanın “ASAN xidmət” modelini yüksək qiymətləndirib, xüsusilə səyyar xidmətlərin uğurlu təcrübə olduğunu vurğulayıb. 

Gülayə Mecid