Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) “Mədəniyyət” kanalının direktoru Dilarə Səlimin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
"Unikal"ın məlumatına görə, bildirilib ki, onun yerinə indiyədək sədrin köməkçisi vəzifəsində çalışan Həmidağa Əsədzadə təyin olunub.
Dilarə Səlim AzTV-dən ayrılmasına dair yayılan məlumata münasibətini bildirib: “Mənim “Mədəniyyət” kanalından ayrılmağım yalandır. Bu barədə heç bir qərar verilməyib.
Həmkarlardan xahiş edərdim ki, yalan məlumatlar yaymasınlar. Hazırda məzuniyyətə çıxmışam və bu səbəbdən kanalla bağlı səlahiyyətləri başqa əməkdaşa tapşırmışam. Bunu kanaldan getmək kimi təqdim etmək sadəcə qeyri-etikdir, qeyri-peşəkarlıq və məsuliyyətsizlikdir”.


















.jpg)

.jpg)
























.jpg)











